“Vinisiusun gedişi “Barselona” üçün yaxşı xəbər olacaq”

“Barselona”nın sabiq prezidenti Joan Qaspar Vinisius Juniorun “Real”dan ayrıla biləcəyi ilə bağlı danışıb.

Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, o, Vinisiusun gedişinin Kataloniya klubu üçün yaxşı xəbər olacağını deyib:

“Barselona” azarkeşi kimi ümid edirəm ki, Vinisius Səudiyyə Ərəbistanından gələn təklifi qəbul edəcək. Onun gedişi klubumuz üçün yaxşı xəbər olacaq”.

Vinisius bu mövsüm Karlo Ançelottinin komandasının heyətində 32 oyunda 16 qol vurub və 12 məhsuldar ötürmə edib.

Braziliyalı hücumçu Səudiyyə Ərəbistanı klublarının yay üçün əsas transfer hədəflərindən biri hesab olunur. Mövcud məlumata görə, “Real” Vinisiusun satışından rekord məbləğ – 300 milyon avro qazana bilər. Belə olan halda, 25 yaşlı forvardın özü isə dünyanın ən çox maaş alan oyunçularından birinə çevriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button