Alonso: “Bayern”dən qorxmuruq”

Leverkuzen “Bayer”inin baş məşqçisi Xabi Alonso Bundesliqada “Bayern”lə keçiriləcək vacib oyun öncəsi fikirlərini bölüşüb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı məqsədlərinin qələbə qazanmaq olduğunu deyib:

“Məqsədimiz qələbə qazanmaqdır. Belə olsa, fərq beş xala qədər azalacaq. Biz çalışacağıq. Oyun stadionumuzda, azarkeşlərimizin önündə, yaxşı atmosferdə keçəcək. Məşq etmək üçün bir həftəmiz var. “Bayern”dən qorxmuruq, stress keçirmirik. Mən narahat deyiləm”.

“Bayer” 21 turdan sonra lider “Bayern”dən 8 xal geri qalaraq, turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Fevralın 15-də çempionluq titulu uğrunda iki iddialı komandanın qarşılaşması baş tutacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button