Flik: “Yamal dahidir”

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik Lamin Yamalın çıxışı haqda danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər vrir ki, almaniyalı çalışdırıcı Yamalın dahi olduğunu bildirib:

“Yamal dahidir. Onun kimi futbolçu ilə işləmək fantastikdir. O, hər matçda əladır. Mən onu sevirəm”.

17 yaşlı Yamal bu mövsüm bütün yarışlarda 29 matçda iştirak edib, 10 qol vurub və 15 məhsuldar ötürmə verib.

İspaniyalı hücumçu dünən La Liqada “Alaves”lə matçda rəqiblərini 11 dəfə təkbətəkdə məğlub edərək, uğurlu driblinqlərə görə mövsümün rekordunu vurub. Robert Levandovskinin 61-ci dəqiqədə vurduğu yeganə qol Kataloniya klubuna 3 xal qazandırıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button