Ərəblər yapon futbolçu üçün 85 milyon avroluq təklif edəcək

“Əl-Nəsr” “Brayton”un vingeri Kaoru Mitoma üçün yeni təklif hazırlayır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu yaponiyalı oyunçu ilə müqavilə imzalamağa cəhd etsə də, “qağayılar” bundan imtina ediblər.

“Əl-Nəsr” tezliklə təxminən 85 milyon avro dəyərində daha sərfəli təkliflə müraciət edəcək. “Brayton”un bu məbləğə razı olub-olmayacağı hələlik bəlli deyil.

27 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 23 oyunda iştirak edib, 5 qol vurub və 3 məhsuldar ötürmə verib. Onun “Brayton”la müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button