“Qəbələ” iki futbolçusu ilə vidalaşdı, birini icarəyə verdi

“Qəbələ” iki futbolçusu ilə yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə 1-ci Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Müdafiəçi Vüqar Həsənov və hücumçu Laurent Mendi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Hər iki futbolçu 2024-cü ilin yayından “qırmızı-qaralar”ın formasını geyinirdi.

“Qəbələ” akademiyasının yetirməsi Mehrac Baxşalını isə icarəyə verib. 21 yaşlı yarımmüdafiəçi qarşıdakı 1,5 ildə “Mingəçevir”in formasını geyinəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button