“Luis Enrikenin PSJ-yə gəlişi ilə heç bir futbolçu rahatlaşmır”

Fransa millisinin sabiq futbolçusu Jerom Roten UEFA Çempionlar Liqasının ümumi mərhələsinin 7-ci turunda PSJ-nin bu yaxınlarda “Mançester Siti” üzərində qazandığı qələbəni (4:2) şərh edib.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, fransalı keçmiş oyunçu bunu izləməkdən zövq aldığını bildirib:

“Komandanın əhval-ruhiyyəsi ilə bağlı heç bir şübhəm yox idi. Luis Enrikenin komandaya gəlişi ilə heç bir futbolçu rahatlaşmır. Bunu izləməkdən zövq alıram. PSJ oyunun son yarım saatında 4 qol vuraraq inanılmaz bir şey etdi. Bu, belə bir rəqibə qarşı ciddi nailiyyətdir”.

Paris komandası son tur öncəsi 10 xalla Çempionlar Liqasının ümumi mərhələsinin turnir cədvəlində 22-ci yeri tutur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button