“Kəpəz” – “Turan Tovuz” matçında gərgin anlar

“Kəpəz” bu gün Azərbaycan Premyer Liqasının 19-cu turunda “Turan Tovuz”la qarşılaşır.

Komanda.az saytının Tovuza ezam olunmuş əməkdaşı xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən matçın 57-ci dəqiqəsində “Kəpəz” 3-cü topu “Turan Tovuz”un qapısından keçirib.

Gərgin mübarizə şəraitində keçən qarşılaşmada 3-cü topu rəqib komandanın qapısından “Kəpəz”in oyunçusu Turan Manafov keçirib. Sevincini emosional şəkildə qeyd edən Manafov və komanda yoldaşları tovuzlu azarkeşlər tərəfindən plastik qablardan “atəş”ə tutulub. Bu da, nəticədə, hər iki komandanın oyunçuları arasında münaqişəyə səbəb olub. Matçın baş hakimi Rəvan Həmzəzadə futbolçular arasındakı qarşıdurmanı çətinliklə yatırdıqdan sonra bir neçə oyunçunu sarı vərəqə ilə cəzalandırıb. Oyun hazırda gərgin mübarizə şəraitində davam edir.

Fəxri Rüstəmli

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button