“Fənərbaxça” səfərdə qələbə qazandı

Türkiyə Super Liqasında 19-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, son gündə iki oyun baş tutub.

“Göztəpə” evdə “Kasımpaşa”nı 5 cavabsız qolla məğlub edib. “Konyaspor”un qonağı olan “Fənərbaxça” da turu qələbə ilə bitirib.

Hazırda 50 xala malik “Qalatatasaray” vahid liderdir. “Fənərbaxça” 42 xalla ikinci, “Samsunspor” 36 xalla üçüncü, “Göztəpə” 31 xalla dördüncüdür. “Eyüpspor”la “Beşiktaş” 30, “Başakşəhər” 26, “Qaziantep” 25, “Rizəspor” 24, “Trabzonspor” və “Alanyaspor” 22 xal toplayıblar.

Türkiyə Super Liqası
19-cu tur
10 yanvar

Kayserispor – Samsunspor 0:1
Qol
: Marius, 1.

Hatayspor – Rizəspor 1:2
Qollar
: Butoba, 23 – Diak, 11-öz qapısına. Gezzal, 63-pen.

Beşiktaş – Bodrumspor 2:1
Qollar
: Ndur, 32. İmmobile, 40 – Puşkaş, 90+4.

12 yanvar

Sivasspor – Alanyaspor 1:1
Qollar
: Koita, 29 – Kordova, 56.

Trabzonspor – Antalyaspor 5:0
Qollar
: Banza, 21. Malyero, 52; 64; 87. Çam, 70.

Başakşəhər – Qalatasaray 1:2
Qollar
: Pyontek, 53 – B.A.Yılmaz, 42; 59.

Qaziantep – Adana Dəmirspor 1:0
Qol
: Okereke, 4.

13 yanvar

Göztəpə – Kasımpaşa 5:0
Qollar
: Tiyaniç, 7. Juan Santos, 53. Romulo, 78. Viktor Huqo, 86. İ.Köybaşı, 90+3.

Konyaspor – Fənərbaxça 2:3
Qollar
: Pedrinyo, 1. Kramer, 44 – M.Müldür, 14. Ç.Söyüncü, 25. Tadiç, 60.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button