“Barselona”nın sabiq futbolçusu karyerasını bitirir – Aktyor olacaq
Əvvəllər “Arsenal”, Dortmund “Borussiya”sı və “Barselona”da oynamış Pyer Emerik Obameyanq karyerasını başa vurur və onun fikirləri artıq gələcəklə bağlıdır.
Komanda.az “The Atletic”-ə istinadən xəbər verir ki, qabonlu hücumçu qəribə də olsa, gələcəyini kinoda görür və aktyor olmaq istəyir.
35 yaşlı Obameyanq komediya aktyoru olmaq niyyətindədir:
“Mən özümü komediya filmlərində görürəm. Yəqin ki, məni ciddi filmdə görməyəcəksiz, amma komediya bir sevgidir”.
Obameyanqın Avropada son klubu 2023/24 mövsümündə çıxış etdiyi “Marsel” olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin