“İbrahimoviç “Milan”ı yenidən zirvəyə qaldıra bilər”

Marko van Bastenin adı “Milan” tarixinin ən şərəfli səhifələri ilə bağlıdır. Niderlandlı sabiq hücumçu zədə səbəbindən karyerasını vaxtından əvvəl başa vursa da, bu klubda parladı.

Komanda.az “pianetmilan.it”-ə istinadən xəbər verir ki, Van Bastendən klubda işləyən və “Milan”ın Avropa futbolunun zirvəsinə qayıtmasına kömək etməyə çalışan Zlatan İbrahimoviç haqda soruşublar:

“Onun lider olacağını düşünmürdüm. Amma o, bütün dünyanı gəzib, bir çox klublarda oynayıb və hər yerdə qalibiyyət zehniyyətini nümayiş etdirib, bunu milanlı futbolçulara ötürür. O, “Milan”ı yenidən zirvəyə qaldıra bilər”.

İbrahimoviç 2023-cü ilin yayında karyerasını başa vurduğunu açıqlayıb. Onun son klubu “Milan” olub. 42 yaşlı keçmiş forvard 62 qolla İsveç millisi tarixinin bombardiridir. Hazırda o, “Milan”ın sahiblərinin məsləhətçisidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button