Amorim: “Bizə Reşford və Qarnaço lazımdır”

“Mançester Yunayted”in baş məşqçisi Ruben Amorim komandanın cinah oyunçuları Markus Reşford və Alexandro Qarnaçonun Premyer Liqanın 16-cı turunda “Mançester Siti” ilə matçda (2:1) heyətdən kənarda qalmasına münasibət bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı bunun intizam cəzasının olmadığını söyləyib:

“Yeni həftə, yeni həyat, yaxşı məşq etsələr, start heyətində yer almaq üçün mübarizə aparacaqlar. Bizə Reşford və Qarnaço lazımdır. Bu, intizam cəzası deyildi. Meydanda və meydandan kənarda standartlarımızı təkmilləşdirməliyik”.

Daha əvvəl mətbuatda “Mançester Yunayted”in Reşfordu transferə hazırladığı və bu qış onu satmaq istədiyi barədə məlumatlar yayılmışdı.

“Mançester Yunayted” Premyer Liqada 22 xalla 12-ci yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button