Riçarlison tələsmir
“Tottenhem”in hücumçusu Riçarlison komandasını dəyişməyə tələsmir.
Braziliyalı futbolçu uğurlu mövsüm keçirmir – zədə səbəbindən əksər matçları buraxır. Bu yaxınlarda onun vətəninə, yəni “Fluminense”yə mümkün qayıdışı ilə bağlı şayiələr yayılıb.
Komanda.az “TNT Sports”-a istinadən xəbər verir ki, Riçarlison karyerasını davam etdirmək üçün bu variantda maraqlı deyil.
27 yaşlı futbolçu hələ də “Tottenhem”də özünü sübut etmək niyyətindədir. İngilislər onu 2022-ci ilin yayında “Everton”dan 58 milyon avroya alıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin