ÇL-də həftənin futbolçusu bəlli oldu

İngiltərənin “Arsenal” klubunun hücumçusu Bukayo Saka azarkeşlərin səsverməsinə əsasən Çempionlar Liqasında həftənin ən yaxşı futbolçusu seçilib.

Komanda.az xəbər verir ki, o, Liqa mərhələsinin 6-cı turunda “Monako” (Fransa) ilə görüşdə komandasının 3:0 hesablı qələbəsində əsas pay sahibi kimi 2 qol vurub və 1 ötürmə edib.

Saka cari mövsümdə qitənin ən nüfuzlu klub turnirində 5 matçda 4 dəfə rəqib qapılarına yol tapıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button