ÇL: “Liverpul”dan növbəti, “Real”dan çətin qələbə
UEFA Çempionlar Liqasında Liqa mərhələsinin 6-cı turuna start verilib.
Komanda.az xəbər verir ki, ilk oyun günündə 9 qarşılaşma baş tutub.
“Liverpul” səfərdə “Jirona”ya qalib gələrək faktiki olaraq 1/8 finala vəsiqəni təmin edib. “Bayer”in qonağı olan “İnter” isə Almaniyadan xalsız qayıdıb. “Real” İtaliyada “Atalanta” ilə oyunda çətin qələbə qazanıb.
UEFA Çempionlar Liqası
Liqa mərhələsi
10 dekabr
“Dinamo” (Zaqreb, Xorvatiya) – “Seltik” (Şotlandiya) 0:0
“Jirona” (İspaniya) – “Liverpul” (İngiltərə) 0:1
Qol: Salah, 63-pen.
“Leypsiq” (Almaniya) – “Aston Villa” (İngiltərə) 2:3
Qollar: Openda, 27. Baumqartner, 62 – Makqinn, 3. Duran, 52. Barkli, 85.
“Bayer” (Almaniya) – “İnter” (İtaliya) 1:0
Qol: Mukiele, 90.
“Atalanta” (İtaliya) – “Real” (İspaniya) 2:3
Qollar: De Ketelare, 45+2. Lukman, 65 – Mbappe, 10. Vinisius, 56. Bellingem, 59.
“Brügge” (Belçika) – “Sportinq” (Portuqaliya) 2:1
Qollar: Kuaresma, 24-öz qapısına. Nilsen, 84 – Katamo, 3.
“Şaxtyor” (Ukrayna) – “Bayern” (Almaniya) 1:5
Qollar: Kevin, 5 – Laymer, 11. Müller, 45. Olise, 70; 90+3. Musiala, 87.
“Zalsburq” (Avstriya) – PSJ (Fransa) 0:3
Qollar: Q.Ramos, 30. N.Mendes, 72. D.Due, 85.
“Brest” (Fransa) – PSV (Niderland) 1:0
Qol: Le Kardinal, 43.
Bizi Facebook-da izləyin