İspaniya klubu “İnter”in hücumçusu üçün danışıqlar aparır
“İnter”in hücumçusu Marko Arnautoviç İspaniya klubunun “radar”ındadır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Sevilya” avstriyalı futbolçunu öz sıralarına cəlb etmək niyyətindədir. Sözləşmə yanvarda baş tuta bilər.
Əndəlus klubunun nümayəndələri artıq “İnter” və 35 yaşlı futbolçunun ətrafı ilə müzakirələr aparır.
Arnautoviç cari mövsümdə Simone İnzaqinin komandasında 8 matçda iştirak edib, 1 qol vurub. Onun “İnter”lə hazırkı müqaviləsi gələn ilin ortalarına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin