“Paltardəyişmə otağına girirsən, Qattuzonu gözləri yaşla görürsən” – Rakitiç

İvan Rakitiç italiyalı mütəxəssis Cennaro Qattuzonun çalışdırdığı yeni komandası “Hayduk”dakı (Xorvatiya) motivasiyasından danışıb.

Komanda.az “pianetamilan.it”-ə istinadən xəbər verir ki, xorvatiyalı futbolçunun sözlərinə görə, Qattuzo həddindən artıq emosionaldır və klub üçün o qədər narahatdır ki, hətta ağlayır:

“Bunlar hamımızın futbol oynadığı və bu oyunu niyə sevdiyimiz anlardır. Bu, sadəcə olaraq təsvirolunmazdır. Paltardəyişmə otağına girirsən, baş məşqçini gözləri yaşla görürsən. Amma o, futbolda hər şeyi görüb, hər şeyi, o cümlədən dünya kubokunu qazanıb, onun keçmişində 1000-ə yaxın matç var”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button