“Komandada ruh düşkünlüyü yaranmır” – Ayxan Abbasov
“Maraqlı oyun oldu. İlk standart vəziyyətdən qol buraxdıq. Bundan sonra ucuz səhvdən hesab 0:2 oldu”.
Komanda.az xəbər verir ki, bu sözləri “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan kubokunun 1/8 final mərhələsində “Zirə”yə 1:3 hesabı ilə məğlub olduqları oyundan sonra keçirilən mətbuat konfransında deyib.
O, oyunla bağlı fikirlərini bölüşüb: “Dönüş etmək istədik. Epizodlar da oldu. Birinci hissədə qol vura bildik. İkinci hissədə də epizodlar oldu. Rəqibin 3-cü qolu təsadüfən alındı. Amma, əlbəttə ki, “Zirə”ni təbrik edirəm. Əsas fikrimizi çempionata yönəltməliyik.
Futbolçuların performansı, oyunun dinamikası xoşuma gəldi. Müdafiədə səhvləri azaltsaq, nəticələr gələcək. Qarşımıza qoyulan məqsədə çatmaq üçün çox çalışmalıyıq. Buna inanırıq. Məğlubiyyətlər olanda komandada ruh düşkünlüyü yaranmır. Çempionatın sonuna qədər mübarizə gedəcək. Komandanın potensialı ümid verir. İnşallah, bu il Premyer Liqada yerimizi qoruyacağıq”.
Bizi Facebook-da izləyin