“İnsanların adımı tərənnüm etməsi xoşuma gəlmir”
“Mançester Yunayted”in yeni baş məşqçisi Ruben Amorim komandanın azarkeşlərinə mesaj verib.
Komanda.az “goal.com”-a istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı azarkeşlərlə əlaqəsinin olduğunu bildirib:
“İnsanların adımı tərənnüm etməsi xoşuma gəlmir. Amma komandanın baş məşqçisi olduğum üçün azarkeşlərin buna tam haqqı var. Azarkeşlərlə əlaqəm var, amma onların futbolçuların adlarını səsləndirmələri daha yaxşıdır”.
Amorim bu ilin noyabrında “Mançester Yunayted”in baş məşqçisi vəzifəsinə keçib. Tərəflər 2027-ci ilin ortalarına qədər olan müqavilə imzalayıb.
“Qırmızı şeytanlar” İngiltərə çempionatının 13 turundan sonra 19 xal toplayıb və turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin