Keçmiş futbolçu PSJ-nin baş məşqçisini tənqid etdi

PSJ-nin və Fransa millisinin sabiq hücumçusu Kristof Düqarri UEFA Çempionlar Liqasının 5-ci turunda “Bayern”ə 0:1 hesabı ilə uduzduqdan sonra ispaniyalı mütəxəssis Luis Enrikenin rəhbərliyi altında parislilərin 2024/25 mövsümündəki çıxışını tənqid edib.

Komanda.az TMW-ə istinadən xəbər verir ki, fransalı keçmiş futbolçu, Enrikenin özünü Lui Van Qal kimi dahi hesab etdiyini bildirib:

“Enrikenin 4 mərkəz yarımmüdafiəçisi ilə 4-4-2 sistemini tətbiq etmək qərarını, Bardli Barkola və Osman Dembele ilə belə sürpriz hücumu başa düşmürəm. Bu onun ağlına necə gələ bilərdi?

Məşqçi komandaya cavabdehdir, futbolçuları seçir, motivasiya edir. PSJ-nin hansısa baş məşqçisi heç vaxt Luis Enrike qədər sərbəstliyə malik olmamışdı. O, öz dövründəki Lui van Qal kimi özünü dahi hesab edir, ancaq bu, heç də doğru deyil. Lionel Messi və Neymar kimi oyunçular olmadan, onlar sadəcə olaraq bacarıqsızdırlar”.

PSJ 12 turdan sonra Fransa çempionatına başçılıq edir. Luis Enrikenin komandasının 32 xalı var. Parislilər Çempionlar Liqasında 5 oyundan sonra turnir cədvəlinin 26-cı pilləsində qərarlaşıb. Bu nəticə hazırda əsas avrokubok turnirinin pley-off mərhələsinə vəsiqə qazanmaq üçün kifayət etmir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button