“Tottenhem”də ciddi itki

İngiltərə təmsilçisi “Tottenhem”in qapıçısı Qulyelmo Vikario bir neçə ay yaşıl meydanlardan kənar qalacaq.

Komanda.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Angelos Postekoqlu bildirib.

28 yaşlı qolkiperin Premyer Liqanın 12-ci turunun “Mançester Siti” ilə oyununda topuğu sınaraq sıradan çıxmışdı.

Vikario cari mövsümdə “Tottenhem”in heyətində 15 matçda meydana çıxıb və eyni sayda qol buraxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button