“Sabah”ın yeni baş məşqçisi rəsmən açıqlandı

“Sabah”da yeni baş məşqçi təyinatı gerçəkləşib.

Komanda.az xəbər verir ki, rusiyalı məşqçi Vasili Berezutski ilə 2,5 illik müqavilə bağlanıb.

Gənc mütəxəssis daha öncə Niderlandın “Vitess” (2018-2019), Rusiyanın ÇSKA (2020-2021, 2022), “Krasnodar” (2021-2022), həmçinin Çinin “Şanxay Şenxua” (2023-2024) klublarında köməkçi məşqçi kimi fəaliyyət göstərib, Moskvanın ÇSKA klubunda idman koordinatoru olub (2020).

Berezutski futbolçu kimi Rusiyanın “Torpedo-ZİL” və ÇSKA klublarında çıxış edib. O, Rusiya millisinin əsas komandasında 101 oyun keçirib (5 qol).

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button