Amorim: “Çox əziyyət çəkib qələbələr qazanmağa çalışacağıq”
“Mançester Yunayted”in yeni baş məşqçisi Ruben Amorim bildirib ki, “qırmızı şeytanlar”ı yaxın gələcəkdə çətin günlər gözləyir.
Komanda.az ESPN-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis çox əziyyət çəkib qələbələr qazanmağa çalışacaqlarını söyləyib:
“Dəyişəcəyik, qarşıda hələ çoxlu matçlar var. Biz çox əziyyət çəkib qələbələr qazanmağa çalışacağıq, lakin bu, vaxt aparacaq. “Mançester Yunayted”ə qələbə lazım idi, lakin bu dəfə alınmadı. Andre Onana olmasaydı, biz tamamilə uduzmuş ola bilərdik”.
“Qırmız şeytanlar” İngiltərə çempionatının 12-ci turunda səfərdə “İpsviç”lə heç-heçə edib (1:1). Amorimin yetirmələri Premyer Liqanın 12 turundan sonra 16 xal toplayıb və turnir cədvəlinin 12-ci pilləsində qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin