“Sevilya” “Barselona”nın hücumçusundan vaz keçmir

“Barselona”nın hücumçusu Ansu Fati hələ də “Sevilya”ya keçə bilər. Əndəlüs klubu 22 yaşlı futbolçuya uzun müddətdir maraq göstərir, amma hücumçunun yanvar transfer pəncərəsində komandadan ayrılma ehtimalı növbəti zədədən sonra əhəmiyyətli dərəcədə azalıb.

Komanda.az “Diario Sport”-a istinadən xəbər verir ki, “Sevilya” hələ də Fatinin xidmətinə maraq göstərir, baxmayaraq ki, onun problemləri var. Komandanın baş məşqçisi Xorxe Qarsiya Pimentanın fikrincə, o, futbolçunun güclü tərəflərini üzə çıxara biləcək. Lakin klub rəhbərliyi transferi riskli hesab edir.

Ansu Fati bu mövsümdə 7 dəfə meydanda olub. “Transfermarkt” portalı onun transferini 15 milyon avro olaraq qiymətləndirir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button