“Mənim komandam həm meydanda, həm də kənarda həqiqətən yaxşıdır!”
“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola ötən mövsüm “Mançester Yunayted”ə məğlub olduqları (1:2) oyunu xatırladıb.
Komanda.az “BeanymanSports”-a istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı, komandasının ardıcıl dördüncü Premyer Liqa çempionluğunu qeyd etdikdən sonra rahatlıq səbəbindən “Mançester Yunayted”lə mayda federasiya kubokunun finalında (1:2) yaxşı çıxış etmədiyini deyib:
“Bu, zarafat idi! Hazır idik! Amma çempionluğu qazandıqdan sonra bayram etməli olduq. Mənim komandam həm meydanda, həm də ondan kənarda həqiqətən yaxşıdır!”
“Şəhərlilər” bu gün səfərdə “Bornmut”la Premyer Liqa matçı keçirəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin