“Mançester Yunayted”i 4 futbolçu tərk edə bilər – Amorimin gəlişindən sonra
“Mançester Yunayted” 4 futbolçusu ilə yollarını ayıra bilər.
Komanda.az “TEAMtalk”-a istinadən xəbər verir ki, “qırmızı şeytanlar” Viktor Lindelof, Kristian Eriksen, Antoni və Kazemiro ilə ayrılmağa hazır olacaq.
Baş məşqçi postundan qovulan Erik ten Haqı Ruben Amorim əvəzləyəcək. Portuqaliyalı mütəxəssis noyabrın 10-dan sonra, komandanın beynəlxalq fasilədən əvvəl son matçının keçiriləcəyi vaxt işə başlayacaq. Belə ki, yuxarıda adı çəkilən futbolçuların yeni baş məşqçinin uzunmüddətli planlarının bir hissəsi olma ehtimalı azdır.
Amorim hazırda Lissabon “Sportinq”inə rəhbərlik edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin