“Mançester Yunayted”də baş verənlər “Mançester Siti”də olmayacaq”

“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola klubu tərk edə biləcəyindən sonra “şəhərlilər”in gələcəyi ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcı “Mançester Yunayted”də baş verənlərdən xəbərdar olduğunu bildirib:

“Mən “Mançester Yunayted”də baş verənlərdən xəbərdaram, bu, “Mançester Siti”də olmayacaq. Bir və ya bir neçə nəfər gedəndən sonra hər şey dağılırsa, bu, klub üçün çox pis əlamətdir. Klub rəhbərləri nə etmək lazım olduğunu çox yaxşı bilirlər. Onlar səbirli və sakit qalacaqlar. Buna heç bir şübhəm yoxdur”.

Qvardiola 2016-cı ilin yayından “Mançester Siti”nin baş məşqçisidir. Tərəflər arasındakı hazırkı müqavilə gələn ilin yayında başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button