“Qarabağ”ın oyunçuları hakimdən daim vərəqə tələb edirdilər” – “Ayaks”ın hücumçusu
“Ayaks”ın futbolçusu Vaut Veqorst Avropa Liqasının 3-cü turunda Bakıda “Qarabağ” üzərində qazandıqları qələbəni (3:0) şərh edib.
Komanda.az xəbər verir ki, klubun rəsmi saytına danışan hücumçu Bakıda 3:0 hesabı ilə qazandıqları qələbə haqda bunu deyib:
“Asan olmadı. “Ayaks” xüsusilə, matçın ilkin mərhələlərində təzyiq altında idi. Amma rəqibin qırmızı vərəqə almasından sonra üstünlük bizə keçdi. Təbii ki, hələ də yaxşılaşdıracağımız şeylər var. “Qarabağ”ın oyunçuları hakimdən daim vərəqə tələb edirdilər. Mən uşaqlara dedim ki, bunu müzakirə etməsinlər. Teylora ötürmə verməyimə gəlincə, sadəcə, uzaq küncə zərbə vururdum (gülür).
Penalti? Mövqe tutmaq və onu qəbul etmək üçün uyğun anı tapmaq lazım idi. Xoşbəxtlikdən hər şey alındı”.
Bizi Facebook-da izləyin