“Nəyə qadir olduğumu çox yaxşı bilirəm” – “Çelsi”nin futbolçusu

“Çelsi”nin hücumçusu Joao Feliks London komandasında çıxışı ilə bağlı fikirlərini bölüşüb.

Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu İngiltərə klubuna çox işləməyə gəldiyini bildirib:

“Mən bilirdim ki, hansısa çətin rəqabətdə iştirak edirəm. Amma bura çox işləməyə gəlmişəm. Nəyə qadir olduğumu və komandaya nə verə biləcəyimi çox yaxşı bilirəm. Bu, yalnız vaxt məsələsidir”.

24 yaşlı forvard İngiltərə Premyer Liqasının cari mövsümündə 5 oyun keçirib və 1 qol vurub.

Feliks 52 milyon avroya “Atletiko”dan “Çelsi”yə keçib. O, London klubu ilə 2031-ci ilin yayına qədər olan müqavilə imzalayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button