“Flik bizi ən yüksək səviyyədə rəqabət apara biləcəyimizə inandırır”

“Barselona”nın yarımmüdafiəçisi Pedri UEFA Çempionlar Liqasının 3-cü turunda “Bayern” üzərində böyükhesablı qələbəyə (4:1) komandanın baş məşqçisi Hans-Diter Flikin töhfəsindən danışıb.

Komanda.az “Barca Universal”-a istinadən xəbər verir ki, ispaniyalı futbolçu Flikin onları ən yüksək səviyyədə rəqabət apara biləcəklərinə inandırdıqlarını bildirib:

“Baş məşqçi bizi ən yüksək səviyyədə rəqabət apara biləcəyimizə inandırır. Komandamız meydanda nə edilməli olduğunu aydın şəkildə bilir”.

Dünənki matçda braziliyalı futbolçu Rafinya “Barsa”nın heyətində 3 qol vurub. Polşalı forvard Robert Levandovski isə 1 dəfə fərqlənib. Münhen komandasının yeganə qoluna ingiltərəli hücumçu Harri Keyn imza atıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button