“Barselona”nın Pedri planı

“Barselona”nın rəhbərliyi 21 yaşlı yarımmüdafiəçi Pedri ilə əməkdaşlığı uzatmaqda maraqlıdır.

Komanda.az “Todofichajes”-ə istinadən xəbər verir ki, Kataloniya klubu ispaniyalı futbolçuya yeni müqavilə təklif etməyi planlaşdırır.

Tərəflər arasındakı hazırkı sözləşmə 2026-cı ilin iyunun sonunda başa çatacaq. Onun transfer dəyəri 80 milyon avro qiymətləndirilir.

Pedri İspaniya çempionatının cari mövsümündə 3 qol vurub, 1 məhsuldar ötürmə verib.

“Barselona” La Liqanın 9 turunun nəticələrinə əsasən 24 xalla turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button