Baş məşqçi Alissonun nə vaxt qayıdacağını açıqladı

“Liverpul”un baş məşqçisi Arne Slot komandanın qapıçısı Alisson Bekkerin komandaya nə vaxt qayıdacağı barədə danışıb.

Komanda.az “Liverpool Echo”-ya istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı Alissonu Miladdan əvvəl gözlədiyini bildirib:

“Mən onu Miladdan əvvəl gözləyirəm. Lakin bunun nə vaxt baş verəcəyini dəqiq söyləmək mümkün deyil. Mən iki və ya üç həftə ərzində bu mövzuda daha dəqiq danışa biləcəm”.

Braziliyalı futbolçu zədə səbəbindən müalicə alır.

32 yaşlı qolkiper Premyer Liqanın 7-ci turunun “Kristal Pelas”la oyununda ayağından zədə alıb. O, cari mövsümdə 6 oyun keçirib və 2 qol buraxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button