“Əsas məsələ belə davam etməkdir” – “Qarabağ”ı məğlub edən komandanın baş məşqçisi

“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu komandanın ortaya qoymaq istədiyi oyuna nə dərəcədə yaxın olması ilə bağlı sualı cavablandırıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 59 yaşlı çalışdırcı hələ də çox gənc komanda olduqlarını bildirib:

“Bu, daim dəyişən bir ölçüdür. Biz inkişaf etməkdə olan, lakin hələ də çox gənc komandayıq. Hələ də inkişaf edirik, ona görə də, müəyyən etdiyimiz standartları keçə bilməliyik. İnamımız və enerjimiz var. Əsas məsələ belə davam etməkdir”.

İngiltərə klubu Avropa Liqasının Liqa mərhələsinin 1-ci turunda doğma meydanda “Qarabağ”a 3:0 hesabı ilə qalib gəlmişdi.

“Tottenhem” növbəti matçını oktyabrın 6-da, İngiltərə Premyer Liqasında səfərdə “Brayton”a qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button