“Sevilya” qışda “Barselona”nın hücumçusunu almağa çalışacaq

“Barselona”nın hücumçusu Ansu Fati qış transfer pəncərəsində komandasını dəyişə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Todofichajes” nəşri məlumat yayıb.

“Sevilya” ispaniyalı futbolçu ilə müqavilə bağlamaqda maraqlıdır. Əndəlus klubu qışda Fatini öz sıralarına qoşmağa cəhd edəcək.

21 yaşlı forvardın transfer dəyəri 25 milyon avro qiymətləndirilir. Onunla “Barselona” arasındakı müqavilə 2027-ci ilin iyununun sonunda başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button