UEFA “Qarabağ”ın məğlubiyyəti haqda: “Bayramov intriqanı geri qaytara bilərdi”
UEFA-nın rəsmi saytı “Tottenhem”in Avropa Liqasının Liqa mərhələsinin ilk turunda Londonda “Qarabağ” üzərində qazandığı qələbəni (3:0) şərh edib.
Komanda.az xəbər verir ki, London klubunun evdəki qələbəsi haqda bunlar qeyd edilib:
“Tottenhem” azlıqda olsa belə, inamlı qələbə qazandı. Eksperimental müdafiə xətti quran londonlular lap əvvəldən topu itirməyə başladılar ki, bu da sonda Radu Draquşinin 8-ci dəqiqədə meydandan qovulması ilə nəticələndi. “Qarabağ” üstünlüyünü inkişaf etdirməyə çalışsa da, bir sıra qol imkanlarını əldən verdi. Amma “Tottenhem” qonaqların müdafiə səhvindən dərhal yararlandı və Brennan Consonun səyi ilə hesabı qısa zamanda açıb. Fasilədən sonra meydan sahiblərinin qapıçısı Qulyelmo Vikario “çərçivə”də möcüzələr yaratdı. Əks-hücumlardakı komanda yoldaşları Papa Sarra və Dominik Solankenin qolları sayəsində hesabı böyütdülər. Toral Bayramov penaltidən intriqanı geri qaytara bilərdi, amma o, topu qapının dirəyinə vurdu”.
Bizi Facebook-da izləyin