ÇL: Bu gün daha 6 oyun keçiriləcək

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 1-ci turunun ikinci oyun günündə daha 6 qarşılaşma baş tutacaq.

Komanda.az xəbər verir ki, günün ən maraqlı görüşlərindən biri İngiltərədə keçiriləcək. “Mançester Siti” doğma meydanda İtaliya “İnter”ini qəbul edəcək.

İspaniyanın “Jirona” klubu Fransada PSJ-nin qonağı olacaq. Almaniyanın “Borussiya” (Dortmund) komandası isə Belçikada “Brügge” ilə üz-üzə gələcək.

UEFA Çempionlar Liqasının Liqa mərhələsində ilk tura sentyabrın 19-da yekun vurulacaq.

UEFA Çempionlar Liqası

Liqa mərhələsi, 1-ci tur

18 sentyabr

20:45. Bolonya (İtaliya) – Şaxtyor (Ukrayna)
20:45. Sparta (Çexiya) – Zalsburq (Avstriya)
23:00. Brügge (Belçika) – Borussiya (Dortmund, Almaniya)
23:00. Seltik (Şotlandiya) – Slovan (Slovakiya)
23:00. Mançester Siti (İngiltərə) – İnter (İtaliya)
23:00. PSJ (Fransa) – Jirona (İspaniya)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button