“Barselona” zədəli futbolçu ilə yeni müqavilə imzalayıb

Mark Bernal La Liqanın 3-cü turunun matçında ön çarpaz bağının yırtılmasına və uzun müddət xəstəxanada qalmasına baxmayaraq, “Barselona” ilə yeni müqaviləyə razılaşıb.

Komanda.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

17 yaşlı futbolçunun müqaviləsi 2026-cı ilin iyun ayına qədər nəzərdə tutulub. İspaniyalı yarımmüdafiəçinin sözləşməsi 18 yaşı tamam olandan sonra 2029-cu ilə qədər uzadıla bilər.

Bernal əsas komandada 15 oyun keçirdikdən sonra maaşında əhəmiyyətli dərəcədə artım olacaq. Onun hazırda 20 milyon avro olan təzminatı da xeyli artacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button