“Dinamo” Bakıya 25 futbolçu ilə gəlir
Zaqrebin “Dinamo” komandasının futbolçuları bu gün Bakıya yola düşüblər.
Komanda.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. Xorvatiya təmsilçilərinin bu gün axşam saatlarında Bakıya çatacağı gözlənilir.
Sabah Bakı vaxtı ilə saat 19:45-də “Dinamo”nun Bakıda, Respublika Stadionunda məşqi olacaq.
Avqustun 28-də Bakı vaxtı ilə saat 20:45-də isə “Qarabağ”la “Dinamo”nun ÇL-in pley-off mərhələsinin cavab matçı başlanacaq.
“Dinamo” Bakıya aşağıda adları qeyd edilən 25 futbolçu ilə yola düşüb:
Qapıçılar: İvan Nevistiç, Daniel Zaqorats, İvan Filipoviç
Müdafiəçilər: Ronael Pyer-Qabiriel, Sami Mmae, Kevin Teofil-Katrin, Raul Torrente, Maksim Barnauer, Takuya Oqivara, Stefan Ristovski
Yarımmüdafiəçilər: Yosip Mişiç, Branko Paviç, Petar Suçiç, Martin Baturina, Marko Roq, Luka Vrbançiç, Lukas Kacavenda, Luka Stoykoviç, Ariyan Ademi
Hücumçular: Marko Pyatsa, Dario Şpikiç, Xuan Kordoba, Arber Hodja, Sandro Kulenoviç, Bruno Petkoviç
Xatırladaq ki, Zaqrebdə “Qarabağ”a qarşı keçirilən ilk oyunda “Dinamo” 3:0 hesabı ilə qələbə qazanıb.
Bizi Facebook-da izləyin