Pedri İngiltərə klubuna keçə bilər – 80 milyon avroya
“Mançester Siti” rəhbərliyi komandanı gücləndirmək planları qurur.
Komanda.az “Football365”-ə istinadən xəbər verir ki, “şəhərlilər” “Barselona”nın yarımmüdafiəçisi Pedriyə göz dikib.
İspaniyalı çalışdırıcı Pep Qvardiola daha əvvəl Pedriyə görə “Barselona” ilə əlaqə saxlayıb, lakin klub prezidenti Xuan Laporta danışıqlara mane olub. İndi, Xavinin gedişindən və Hans-Diter Flikin gəlişindən sonra kataloniyalılar Pedrini toxunulmaz hesab etmir.
“Mançester Siti” müqaviləyə Mateus Nunyezi daxil etmək istəsə də, Flik bu oyunçuya o qədər də maraqlı deyil. Bu səbəbdən, “şəhərlilər” 21 yaşlı futbolçu üçün 80 milyon avronun hamısını ödəməlidir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin