Reytinq: Azərbaycan millisi irəlilədi

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.

Komanda.az xəbər verir ki, son reytinq cədvəlinə görə, hesabında 1188 xal olan Azərbaycan millisi bir pillə irəliləyərək, 109-cu pillədə qərarlaşıb. Bu müddətdə heç bir oyun keçirməyən yığmamız, buna Zimbabvenin geriləməsi sayəsində nail olub. Yığmamız bu pilləyə Bəhreyn millisi ilə şərikdir.

Millimizin AÇ-2020-dəki rəqiblərindən isə təkcə Slovakiyanın yeri dəyişməz qalıb. Slovakiya millisi 1491 xalla 31-ci pillədədir. Xorvatiya, Uels və Macarıstan milliləri isə reytinqdə geriləyiblər. Bir pillə geriləyən Xorvatiya 1625 xalla 7-ci, Uels 1514 xalla 24-cü, Macarıstan isə 442 xalla 45-ci pillədə qərarlaşıb.

Reytinq cədvəlinə Belçika millisi başçılıq edir. Belçikalıların hesabında 1746 xal var. Siyahıda ikinci və üçüncü yerləri sahibləri dəyişib. Son dünya çempionu Fransa (1718 xal) 3-cü pilləyə düşüb, Braziliya (1726 xal) isə irəliləyərək 2-ci yerə yüksəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button