Feliks Premyer Liqaya qayıtmağı arzulayır
“Atletiko”nun hücumçusu Joao Feliks “Çelsi”yə qayıtmaq istədiyini bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu yenidən 2022/23 mövsümünün ikinci yarısında icarə əsasında çıxış etdiyi komandada oynamaq istəyir.
“Çelsi” bu yaxınlarda “Atletiko”dan Samuel Omorodionu transfer etmək istəsə də, anlaşma baş tutmayıb. Buna görə də, “Atletiko” “zadəganlar”a London klubuna keçməyə açıq olan Feliksi almağı təklif edib. Portuqaliyalı forvardın qiyməti təxminən 50 milyon avrodur.
24 yaşlı futbolçu ötən mövsüm icarə əsasında “Barselona”da çıxış edib, 30 matçda 7 qol vurub və 3 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin