Tanınmış agent Feliksin İngiltərə klubuna keçidinə kömək edir
“Atletiko”nun hücumçusu Joao Feliksin maraqlarını təmsil edən agenti Jorje Mendeş müştərisinin “Çelsi”yə transferini koordinasiya etmək istəyir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu Londondadır və müqaviləni mümkün qədər tez bağlamaq istəyir.
Mendeş bu yaxınlarda Pedro Netonun “Vulverhempton”dan 60 milyon avro+3 milyon bonus qarşılığında “Çelsi”yə transferini təmin etməyə kömək edib. Bundan dərhal sonra o, Feliks üçün London klubu ilə razılaşmanı müzakirə etməyə başlayıb.
“Atletiko” Feliksi 50 milyon avroya buraxmağa hazırdır. O, 2022/23 mövsümünün ikinci yarısında “Çelsi”də çıxış edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin