“Neqativ məqamlar çoxdur” – Ayxan Abbasov

“Bizim üçün uğursuz bir nəticə oldu. Hesabı bərabərləşdirmək üçün imkanlarımız olsa da, istifadə edə bilmədik. İndi çempionatın əvvəlidir, oyundan-oyuna daha da yaxşı olacağıq”.

Komanda.az xəbər verir ki, bu sözləri “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının 2-ci turunda “Araz-Naxçıvan”a 0:1 hesabı ilə uduzduqları oyundan sonra deyib.

“Top buraxdıqdan sonra komandamın verdiyi reaksiyadan razı qaldım. Bəzi futbolçular bizim çempionat üçün hələ yenidir. Mən qarşımıza qoyulan məqsədə çatacağımıza əminəm. Komandama tam olaraq inanıram” – deyə o bildirib.

Mütəxəssis komandada çatışmazlıqların çox olduğunu vurğulayıb: “Bu komanda sıfırdan qurulub. Bu gün buraxdığımız top müdafiəçilərin bir-birini başa düşməməsinə görə oldu. Rəqib isə əlinə düşən imkandan istifadə etdi. Onların fərdi keyfiyyətə malik futbolçuları çox idi. Yenə deyirəm, neqativ məqamlar çoxdur, amma yavaş-yavaş hər şey qaydasına düşəcək”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button