PFL rəsmisi Konfrans Liqasının oyununa təyinat alıb
Peşəkar Futbol Liqasının (PFL) icraçı direktoru Zaur Hacı-Məhərrəmov yeni təyinat alıb.
Komanda.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, o, Türkiyədə yerli “Başakşəhər” və Gürcüstanın “İberiya” komandaları arasında keçiriləcək Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda UEFA nümayəndəsi olacaq.
Qarşılaşma avqustun 15-də keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin