Portuqaliyalı futbolçu “Barselona”ya qayıtmaq ümidindədir
“Atletiko”nun hücumçusu Joao Feliks hələ də ötən mövsüm icarə əsasında oynadığı “Barselona”ya qayıtmaq ümidini itirmir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı forvard hələ də transfer pəncərəsi bağlanana qədər “Barselona”nın onu geri qaytarmağa çalışmasını gözləyir. Kataloniya klubunun rəhbərliyi isə Feliksi qaytarmağı planlaşdırmır.
24 yaşlı futbolçu yeni mövsümdə Çempionlar Liqasında mübarizə aparacaq “Aston Villa”ya keçməyə də üstünlük verir. İngiltərə klubunun baş məşqçisi Unay Emeri portuqaliyalı forvardı heyətdə görmək istəyir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin