“Arteta Kalafiori ilə işə başlamaqdan məmnundur” – “Arsenal” rəsmisi

“Arsenal”ın idman direktoru Edu Qaspar müdafiəçi Rikardo Kalafiorinin transferinə münasibət bildirib.

Komanda.az İngiltərə klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, Kalafiorinin keçən mövsüm A Seriyasının ən yaxşı oyunçularından biri olduğunu söyləyib:

“Rikardo ardıcıl olaraq klubu və ölkəsi üçün keyfiyyətlərini nümayiş etdirdi. Keçən mövsüm A Seriyasının ən yaxşı oyunçularından biri idi və bu yay Avropa çempionatında İtaliya üçün yaxşı çıxış etdi. Mikel Arteta və məşqçilərimiz Kalafiori ilə işə başlamaqdan məmnundurlar”.

Kalafiori iyulun 29-da “Arsenal”a qoşulub. 22 yaşlı futbolçu ilə müqavilənin şərtləri dəqiqləşdirilməyib. O, 33 nömrəli formanı geyinəcək.

İtaliyalı futbolçu 2023-cü ilin avqustundan “Bolonya”da çıxış edirdi. O, 2023/24 mövsümündə bütün yarışlarda 33 matçda 2 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button