“Tottenhem” onu 71 milyon avroya satmağa hazırdır
Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubu “Tottenhem”in braziliyalı hücumçusu Riçarlisonu heyətinə qatmağı hədəfləyir.
Komanda.az “The Times”-a istinadən xəbər verir ki, London klubunun rəhbərliyi 27 yaşlı futbolçunu 60 milyon funt-sterlinqə (71 milyon avro) satmağa hazırdır.
Riçarlisonun “Tottenhem”lə müqaviləsi 2027-ci ilin yayına qədərdir. O, ötən mövsüm 31 matçda iştirak edib, 12 qol vurub və 4 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin