“Dinamo” Mahir Emrelini yola salmağa hazırlaşır
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın “Dinamo” klubundan ayrılmağa yaxındır.
Komanda.az yerli mətbuata istinadən xəbər verir ki, Zaqreb təmsilçisi yeni mövsümə hazırlıq üçün 27 yaşlı hücumçunu Avstriyadakı təlim-məşq toplanışına aparmayacaq.
Emreli ilə yanaşı, Moreno Jivkoviç və Qabriel Rukavinanın da hazırlıq prosesində iştirakı gözlənilmir.
2022-ci ildən “Dinamo”da çıxış edən Mahir Emreli komanda ilə iki dəfə Xorvatiya çempionu olub. Onun hazırkı sözləşməsinin müddəti 2026-cı ilin yayında başa çatacaq. Futbolçunun klubu ilə yollarını ayıracağı gözlənilir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin