Ukrayna ilk qələbəsini Slovakiya üzərində qazandı
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin 2-ci turunun Slovakiya – Ukrayna görüşü başa çatıb.
Komanda.az xəbər verir ki, Düsseldorf şəhərində gerçəkləşən E qrupunun görüşündə ukraynalılar qələbə qazanıblar.
Matçda hesabı 17-ci dəqiqədə slovakiyalıların heyətində İvan Şrants açıb. 54-cü dəqiqədə “status kvo” bərpa olunub. Ukrayna yığmasına qələbə qazandıran qola isə Roman Yaremçuk imza atıb.
AÇ-2024
E qrupu
21 iyun
Slovakiya – Ukrayna 1:2
Qollar: Şrants, 17 – Şaparenko, 54. Yaremçuk, 80.
Baş hakim: Maykl Oliver (İngiltərə).
Düsseldorf. “Merkur Spiel-Arena”.
Xal: Rumıniya – 3. Ukrayna – 3. Slovakiya – 3. Belçika – 0.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin