AÇ-2024: Jiru yeni rekorda imza atıb
Fransa millisi Avropa çempionatındakı çıxışına avstriyalılar üzərində qələbə ilə (1:0) başlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, meydana daxil olan Olivye Jiru AÇ-2024-də 37 yaş 261 günlə milli komandada yeni rekorda imza atıb.
Beləliklə, o, 2000-ci ildə Fransanın sonuncu dəfə qitə çempionu olduğu, PSJ-nin keçmiş qapıçısı Bernard Lamın rekordunu qırıb.
Fransa millisi AÇ-2000-də David Trezeqenin əlavə vaxtda vurduğu “qızıl qol”u sayəsində İtaliyaya qalib gələrək, çempion olmuşdu.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin