![](https://komanda.az/wp-content/uploads/2024/06/12827fece7894336b8c2fc5c066a907c-780x470.jpg)
Sloveniyadan Danimarka ilə heç-heçə
Almaniyada futbol üzrə 2024-cü il Avropa çempionatı davam edir.
Komanda.az xəbər verir ki, turnirin 3-cü günü üçün nəzərdə tutulan 3 matçdan daha biri başa çatıb.
C qrupunda yer almış Sloveniya və Danimarka yığmalarının oyununda qalib müəyyənləşməyib. Hesabı danimarkalılar açsa da, sloveniyalılar matçın sonunda məğlubiyyətdən yaxa qurtarıblar.
AÇ-2024
C qrupu
16 iyun
Sloveniya – Danimarka 1:1
Qollar: Yanza, 77 – Eriksen, 17.
Baş hakim: Sandro Şerer (İsveçrə).
“MHP Arena”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin